Misli Premyer Liqasının VIII turunun növbəti görüşündə "Qarabağ" "Turan Tovuz"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Nəriman Axundzadə (55) və Abdulla Zubir (63) fərqləniblər. "Turan Tovuz"un heyətində isə Aleksandro Serrano (40) penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu görüşdən sonra Tovuz təmsilçisi 15 xalla ikinci, "Qarabağ" isə 16 xalla birinci pillədə qərarlaşıb.
Misli Premyer Liqasının VIII turunun ilk görüşündə "Kəpəz" səfərdə " Şamaxı "ya qalib gəlib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.
"Kəpəz"in heyətində Fərid Nəbiyev (34; 43) və Luis Paçu (67; 89) hərəsi iki dəfə fərqləniblər. "Şamaxı"nın yeganə qolunu isə Sezar Enrike (10) vurub.
Bu görüşdən sonra Gəncə təmsilçisi 3 xalla sonuncu, "Şamaxı" isə 9 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu gün turun növbəti oyununda "Turan Tovuz" və "Qarabağ" klubları qarşılaşacaqlar.
Bu gün Misli Premyer Liqasında VIII tura start verilir.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə "Şamaxı" klubu "Kəpəz"i, "Turan Tovuz" isə "Qarabağ"ı qəbul edəcək.
Qeyd edək ki, sabah "İmişli" - "Qəbələ", "Sumqayıt" - "Karvan-Yevlax" qarşılaşmaları baş tutacaq.
Tura oktyabrın 19-da "Sabah" - "Zirə", "Neftçi" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur
17 oktyabr
14:30. "Şamaxı" - "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı şəhər stadionu.
19:00. "Turan Tovuz" - "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
"Azersun Arena".