Misli Premyer Liqasının XII turunda "Qarabağ" səfərdə "Sumqayıt"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar 4:2 hesablı qələbəyə seviniblər.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Toral Bayramov (42), Abdullah Zubir (63) və Aleksey Kaşuk (90+3) fərqləniblər. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Höccət Haqverdi (30) və Nsana Simon (83) vurublar.
Meydan sahiblərinin heyətində 59-cu dəqiqədə Rayan Senhadji ikinci sarı vərəqənin ardından meydandan qovulub. 77-ci dəqiqədə isə Aleksandr Ramalinqom penalti zərbəsindən yararlana bilməyib.
"Qarabağ" 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan "Sumqayıt" dördüncü sırada qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" səfərdə "Karvan-"Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasında XII tura start verilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Karvan-Yevlax" "Kəpəz"i qəbul edib.
Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Gəncə təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Kəpəz"in heyətində Luis Paçu (17) və Rauf Hüseynli (76) fərqləniblər.
"Karvan-Yevlax"ın qolunu isə 31-ci dəqiqədə Araz Abdullayev vurub.
Bu nəticədən sonra xallarının sayını altıya çatdıran "Kəpəz" 11-ci pilləyə yüksəlib. "Karvan- Yevlax" isə beş xalla siyahının sonunda qərarlaşıb.
Qeyd edək ki, günün ikinci qarşılaşmasında "Sumqayıt" doğma meydanda lider "Qarabağ"ı qəbul edəcək.
Misli Premyer Liqasında XII tura bu gün start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.
"Karvan-Yevlax" klubu 5 xalla 11-ci, Gəncə təmsilçisi isə 3 xalla sonuncu pillədə qərarlaşıb.
Günün ikinci oyununda "Sumqayıt" klubu öz meydanında "Qarabağ" komandası ilə üz-üzə gələcək. Bu matç saat 19:00-da başlayacaq.
"Sumqayıt" klubu 20 xalla beşinci, "Qarabağ" komandası isə 23 xalla birinci sıradadır.
Misli Premyer Liqası
XII tur
21 noyabr
14:00. "Karvan-Yevlax" - "Kəpəz"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu.
19:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayevа.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.