Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato (p) vurub.
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "qartallar" ikinci pillədəki "Turan Tovuz"a çatıb. Bölgə təmsilçisi 5 xalla 11-ci sıradadır.
Günün ilk görüşündə "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçə edib - 1:1.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.
Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"ın qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə bitib.
Qolları 21-ci dəqiqədə Ba-Muaka Simakala ("Araz-Naxçıvan"), 78-ci dəqiqədə isə Ayxan Hüseynov ("Turan Tovuz") vurublar.
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.
Misli Premyer Liqasında XII turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun ikinci oyun gününə "Araz Naxçıvan" - "Turan Tovuz" oyunu ilə start veriləcək.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma saat 15:00-da başlayacaq.
Günün digər oyununda isə "Zirə" klubu "Qəbələ" komandası ilə üz-üzə gələcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:30-da start götürəcək.
Misli Premyer Liqası
XII tur
22 noyabr
15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. "Zirə" - "Qəbələ"
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu