"Sabah" Misli Premyer Liqasında 2025/2026 mövsümünün "qış çempionu" olub.
Oxu.Az xəbər verir ki, "bayquşlar" bu uğura XVI turun və 2025-ci ilin son oyununda "Sumqayıt"a qalib gəlməklə imza atıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.
Qonaqların qollarını Velko Simiç (26, 50) Keffel Resende (60-avtoqol) vurublar. Meydan sahiblərindən isə Ronaldo Vaskez (66) fərqlənib.
"Sabah" 37 xalla mövsümün ilk yarısını lider kimi başa vurub. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.
Misli Premyer Liqasında XVI tura bu gün yekun vurulur.
Oxu.Az xəbər verir ki, turun son oyununda bir oyun keçiriləcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt" "Sabah"ı qəbul edəcək.
Qarşılaşma saat 19:30-da start götürəcək.
Misli Premyer Liqası
XVI tur
22 dekabr
19:30. "Sumqayıt" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə;
VAR: İnqilab Məmmədov;
AVAR: Kamran Bayramov;
Hakim-inspektor: Ceyhun Haşımov;
AFFA nümayəndəsi: Nəriman Axundov;
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.