Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Araz-Naxçıvan" "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Hesabı 45+1-ci dəqiqədə meydan sahibləri açıblar. İssa Cibrilla dəqiq zərbə müəllifi olub. Yekun hesabı isə 65-ci dəqiqədə fərqlənən Bəxtiyar Həsənalizadə müəyyən edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında heç-heçə (1:1 )qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.
Bu gün Misli Premyer Liqasında yeni mövsümün I turuna yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Zirə" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, turun digər oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. "Neftçi"- "Şamaxı", "Karvan-Yevlax" - "Qəbələ" matçları isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Qarabağ" - "Sabah" matçı "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki çıxışı səbəbindən təxirə salınıb.
19 avqust
Misli Premyer Liqası
I tur
Saat 20:00, "Zirə" - "Araz-Naxçıvan".