"Qəbələ" Misli Premyer Liqasının III turunda səfərdə "Araz-Naxçıvan"a məğlub olub.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komandada Ba-Muaka Simakala (30-cu dəqiqə) və Felipe Santos (33-cü dəqiqə) fərqləniblər. "Qəbələ"nin yeganə qolunu Adriel Ba Loua (9-cu dəqiqə) rəqib qapısından keçirib.
Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Tura avqustun 31-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqasının III turunda "Zirə" "Kəpəz"i böyük hesabla məğlub edib.
Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komandada Qismət Alıyev (13-cü dəqiqə), İssa Cibrila (32-ci dəqiqə), Junior Martins (37-ci dəqiqə), Yeqor Boqomolski (71-ci dəqiqə) və Davit Volkov (83-cü dəqiqə) fərqləniblər.
Qeyd edək ki, III turun daha əvvəl baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qonaqlar qələbəyə sevinib - 0:1. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib. Tura avqustun 31-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında III turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
"Zirə" "Kəpəz"i, "Araz-Naxçıvan" isə "Qəbələ"ni qəbul edəcək.
Xatırladaq ki, turun ilk oyunlarında "Neftçi" - "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub, "Sumqayıt" - "Şamaxı" matçında isə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, tura "Karvan" - "Qarabağ", "Sabah" - "İmişli" matçı ilə yekun vurulacaq. Görüşlər avqust ayının 31-də keçiriləcək.
30 avqust
Misli Premyer Liqası
III tur
Saat 18:00, "Zirə" - "Kəpəz";
Saat 20:30, "Araz-Naxçıvan" - "Qəbələ".