Misli Premyer Liqasında XIV tura start verilib.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.
"Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrilia fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.
Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.
Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq.
Ağdamın "Qarabağ" klubu "Zirə"nin qonağı olacaq.
Qurban Qurbanovun 12 oyun keçirən yetirmələri hazırda 29 xalla turnir cədvəlinə başçılıq edirlər. "Zirə" isə rəqibindən bir oyun çox keçirib və 26 xalla ikinci pillədə qərarlaşıb.
Turun digər oyunları 7-8-9 dekabrda keçiriləcək.
Misli Premyer Liqası: XIV tur
6 dekabr
17:00. "Zirə" - "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu.