Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün start verilib.
Oxu.Az xəbər verir ki, "Zirə" açılış oyununda "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalı təmin edib.
Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, "Zirə" qələbə hesabını sonadək qoruyub.
Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb.
Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXXII tura mayın 4-də yekun vurulacaq.
Misli Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün keçiriləcək "Zirə" - "Turan Tovuz" oyununun hakimlər briqadasında dəyişiklik olub.
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.
Bu gün Misli Premyer Liqasında XXXIII tura bir görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Zirə" "Turan Tovuz"u qəbul edəcək.
Qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Şamaxı" "Səbail" ilə, "Araz-Naxçıvan" "Sabah"la mayın 3-də, "Qarabağ" "Sumqayıt"la, "Neftçi" isə "Kəpəz"lə mayın 4-də üz-üzə gələcək.
2 may
Misli Premyer Liqası
XXXIII tur
Saat 20:00, "Zirə" - "Turan Tovuz".