Misli Premyer Liqasında XXX tur "Karvan-Yevlax" və "Neftçi" komandaları arasındakı qarşılaşma ilə yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən maraqlı mübarizə paytaxt təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Matç ərzində üstünlüyü əldən verməyən qonaqların heyətində İmad Faraj (31), penaltini dəqiq yerinə yetirən Emin Mahmudov (50) və Freddi Varqas (57) rəqib qapısına yol tapmağı bacarıblar.
Qazanılan bu vacib qələbə sayəsində xallarının sayını 50-yə çatdıran "Neftçi" yenidən dördüncü pilləyə yüksəlib. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv isə 14 xalla sonuncu yerdə qalıb.
Xatırladaq ki, turun digər görüşlərində "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Turan Tovuz"u (2:1) hesabı ilə məğlubiyyətə uğradıb.
Misli Premyer Liqasında XXX turun son oyunu bu gün keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
Yevlax şəhər stadionunda baş tutacaq matç saat 16:00-da start götürəcək.
Liqada qalmaq uğrunda mübarizə aparan Yevlax təmsilçisi 29 turdan sonra 14 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb. Avropada oynamaq şansını əlində saxlayan "Neftçi" klubu isə 47 xalla beşinci yerdədir.
Xatırladaq ki, daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0), "Qarabağ" "Turan Tovuz"u "(2:1) məğlub edib.
Misli Premyer Liqası
XXX tur
5 may
16:00, "Karvan-Yevlax" - "Neftçi"
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev;
VAR: Kamranbəy Rəhimov;
AVAR: Zeynal Zeynalov;
Hakim-inspektor: Munis Abdullayev;
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov;
Məkan: Yevlax şəhər stadionu.