Misli Premyer Liqasının VII turunda "Sabah" səfərdə "Neftçi" ilə heç-heçə edib.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən görüş qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra "Neftçi" 16 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Eyni xala malik "Sabah" isə ikinci yerdədir.
Misli Premyer Liqasının VII turuna start verilib.
Oxu.Az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Kəpəz"in ilk qolunu 31-ci dəqiqədə Blessinq Olabiran vurub. 86-cı dəqiqədə isə Rəhman Hacıyev fərqi iki topa çatdırıb.
Xallarının sayını 10-a çatdıran "Kəpəz" turnir cədvəlində altıncı pilləyə yüksəlib. Komandanın ehtiyatda daha bir oyunu var.
"Araz-Naxçıvan" isə iki xalla sonuncu, 12-ci pillədə qərarlaşıb.
Bu gün Misli Premyer Liqasında VII turun oyunlarına start verilir.
Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Günün digər matçında isə "Neftçi" "Sabah"la üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.
Misli Premyer Liqası
VII tur
8 oktyabr
16:00. "Araz-Naxçıvan" - "Kəpəz";
19:30. "Neftçi" - "Sabah".