Misli Premyer Liqasında 7-ci turun son oyununda "Turan Tovuz" səfərdə "Şəfa" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Sumqayıtda "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma Tovuz təmsilçisinin 0:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu 45+2-ci dəqiqədə Dioqo Balau vurub.
Bu turdan sonra "Turan Tovuz" 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə 11-cidir.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1), "Qarabağ" "İmişli"ni (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.
Misli Premyer Liqasının VII turunda "Qarabağ" səfərdə "İmişli" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın qələbəsi ilə başa çatıb - 0:2.
Qolları 59-cu dəqiqədə Aleksey Kaşuk və 88-ci dəqiqədə Jali Muaddib vurublar.
Bu nəticədən sonra Ağdam təmsilçisi 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 4 xalı olan "İmişli" isə doqquzuncudur.
Qeyd edək ki, bu, "Qarabağ" futbol klubunun Azərbaycan çempionatları tarixində 1 000-ci oyunu olub.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.
Bu gün Misli Premyer Liqasında VII turun oyunlarına yekun vurulur.
Oxu.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "İmişli" Yevlax şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.
Günün digər matçında isə "Şəfa" "Turan Tovuz"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.
Misli Premyer Liqası
VII tur
11 oktyabr
16:00. "İmişli" - "Qarabağ";
18:30. "Şəfa" - "Turan Tovuz".