Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

MLS Kuboku: Messi, Alba və Suaresli "İnter Mayami" məğlub oldu
Noyabrın 2-dən 3-nə keçən gecə MLS Kubokunun 1/8 final mərhələsinin pley-off oyunları çərçivəsində "Atlanta Yunayted" və "İnter Mayami" komandaları arasında cavab oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, Atlantadakı (ABŞ) "Mercedes-Benz Stadium"da keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Qarşılaşmada hesabı 40-cı dəqiqədə qonaqların paraqvaylı müdafiəçisi David Martines açıb. Matçın 58-ci dəqiqəsində ev sahiblərinin irlandiyalı müdafiəçisi Derrik Uilyams fərqlənərək hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə isə portuqaliyalı yarımmüdafiəçi Şandre Silva meydan sahiblərinə qələbə qazandıran qola imza atıb - 2:1.
"İnter Mayami"nin məşhur futbolçuları Lionel Messi, Jordi Alba və Luis Suares bu görüşdə 90 dəqiqə oynasalar da, komandalarına fayda verə bilməyiblər.
Xatırladaq ki, cütlük arasındakı Mayamidə baş tutan ilk görüş 2:1 hesabı ilə "İnter"in xeyrinə başa çatmışdı. Komandalar arasında daha bir qarşılaşma baş tutacaq.
"İnter Mayami" teqi üzrə xəbərlər
- Devid Bekhem: "Ən böyük peşmanlığım "Real Madrid"ə keçmək idi"
- Dünya futbolunda ən çox penalti vuran oyunçu bəlli olub
- "İnter Mayami" klubu yeni mövsüm üçün formalarını təqdim edib
- Məşhurların Superboul sevgisi - Lionel Messi və Donald Tramp da var
- Messi və Suaresin qolları "İnter Mayami"yə qələbə qazanmağa kömək etdi