Bu gün Bakıda MMA üzrə açıq Avropa çempionatına start verilib.
Oxu.Az xəbər verir ki, 20 ölkənin iştirak etdiyi yarışda Azərbaycan 6 idmançıyla təmsil olunub. 6 çəki dərəcəsində keçirilən mübarizənin final görüşləri bazar günü Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatının açılış mərasimində Ümumdünya Qarışıq Döyüş növləri Assosiasiyasının prezidenti Vadim Finkelşteyn, Azərbaycan MMA Liqasının fəxri prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov, Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədov iştirak edib.
Qeyd edək ki, yarışda iştirak etmək üçün MMA-ın canlı əfsanəsi, 5 qat Qran-Pri qalibi, dəfələrlə dünya və Avropa çempionu olan Fyodor Yemelyanenko da Bakıya gəlib.