Türkiyə Futbol Federasiyasının (TFF) sabah keçiriləcəyi iclasında müzakirə olunacaq əsas məsələlərdən biri milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə bağlı olacaq.
Oxu.Az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, böyük ehtimalla italiyalı çalışdırıcı Türkiyə millisi ilə yollarını ayıracaq.
İddiaya görə, 52 yaşlı baş məşqçiyə öz istəyi ilə heç bir təzminat ödənilməyəcək.
Qeyd edək ki, Montellanın postundan ayrılacağı təqdirdə, tanınmış türkiyəli mütəxəssis Arda Turanın yığmanın sükanı arxasına keçəcəyi barədə məlumatlar yayılıb.