Moskvada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada "Bakı-2015" ilk Avropa Oyunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təqdimat “Azərbaycan həftəsi” çərçivəsində baş tutacaq.