“O an gəlib yetişdi. Karyeramı bitirirəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri qadınlardan ibarət voleybol millimizin sabiq üzvü Natalya Məmmədova deyib.
O, karyerasını bitirməsi ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb:
“Bu yolda qələbə sevinci və məğlubiyyət acısı, medallar və mükafatlar, sonsuz məşqlər, dünya ətrafında səyahətlər, həyatımda şirin anlar və mənalı görüşlər var idi. Bütün bunlar mənim bir hissəmdir və qəlbimdə əbədi olaraq mənimlə qalacaq! Bu yolda yanımda olan, mənim inkişafımda əməyi olan və mənə bu gözəl idman növünü öyrədən hər kəsə təşəkkür edirəm. Hamınıza təşəkkür edirəm”.
View this post on InstagramQeyd edək ki, Natalya Məmmədovanın sonuncu klubu Fransa çempionatında çıxış edən İsveçrənin “Volero Le Kane” komandası olub. O, bu komanda ilə Fransa çempionatında dördüncü yeri tutub.
Səbuhi Musayev
"Fransa" teqi üzrə xəbərlər
- Parisdə "sarı jiletlilər"in yürüşü qadağan edildi: Komendant saatı tətbiq olundu
- Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
- "Lans" azarkeşlərinə səfər oyunlarına getmək qadağan edildi
- Fransada etiraz aksiyalarının iqtisadi zərəri milyardlarla avroya çatıb
- Fransada iğtişaşçılar 10 min avro məbləğində cərimələnəcəklər
Digər xəbərlər