"Özümdən nokautla qələbə gözləyirəm".
Oxu.Az xəbər verir ki, bunu "UFC Fight Night"da Azərbaycanlı döyüşçü Nazim Sadıxovun rəqibi braziliyalı Mateus Kamilo deyib.
O bildirib ki, bu döyüşü tez bitirməyə hazırdır:
"Şənbə günü axşam siz çox gözəl döyüş görəcəksiniz. Mən döyüşə tam hazıram və qələbə qazanacağıma tam əminəm. Qələbəmi ailəmə, azarkeşlərimə, Azərbaycana, Braziliyaya, məni sevənlərə və sevməyənlərə həsr edəcəm. Mənim ən böyük arzum dünya çempionu olmaqdır. Bütün döyüşlərdə də motivasiyam bununla bağlı olur".
"Bir neçə gündür ki, Azərbaycandayam. Yaxşı yatıram və özümü burda yaxşı hiss edirəm", - deyə M.Kamilo deyib.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində digər azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.