Bu gün Bakı 2015 I Avropa Oyunlarına hazırlıq çərçivəsində yığma komandaların hesabat konfransında Gənclər və İdman naziri Azad Rəhimov dopinqlə bağlı federasiya rəsmilərinə ciddi xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, nazir dopinqlə bağlı xüsusi nəzarətin vacibliyini vurğulayıb.
“Artıq son illər dopinq halları ilə bağlı müsbət nailiyyətlərimiz var. Ancaq buna baxmayaraq, idmançılarda dopinq aşkarlanması kimi halların baş verməməsi üçün ciddi cəhdlə çalışmalıyıq. Heç kim bu maddələrdən istifadə etməyi fikirləşməsin. İdmançılara istifadəsi qadağan olunmuş maddələr xəlvəti verilə bilər. Ancaq biz tərəfdən nəzarət yüksək olacaq. Anti-dopinq agentliyində hər şey tamamilə dəyişib. Hər şeyə ciddi nəzarət var və bunu hamı nəzarətdə saxlamalıdır. Bu məsələlərlə bağlı hansısa köməklik olmayacaq və hər bir kəs üzərinə düşən işi görməlidir”.
Azad Rəhimov qeyd edib ki, idmançılarda dopinq aşkarlanmaması üçün federasiyalarla da danışıqlar aparmaq lazımdır.
Elvin Əhmədov
www.oxu.az