Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsi zamanı yük maşınları şəhərə buraxılmayacaq.
Bu barədə SalamNews-a Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, bu yarışda iştirak edəcək qonaqların, nümayəndə heyətinin sərbəst hərəkəti üçün xüsusi zolaqlar salınacaq. Yük maşınları bu zolaqlarda, yollarda təhlükə, tıxac yarada bilərlər. Ağırtonnajlı maşınlar bizim ən bəlalı yerimizdir. Yolların sıradan çıxmasında ən başlıca səbəb ağırtonnajlı maşınlardır. Odur ki, onların şəhərdə hərəkəti ilə bağlı xüsusi tədbirlər planı hazırlanır.