Rusiya estradasının məşhur siması Leonid Aqutin artıq Bakıdadır.
Oxu.Az xəbər verir ki, konsertin başlamasına artıq sayılı dəqiqələr qalıb.
Müğənni paytaxt Bakının fotosunu şəxsi Facebook səhifəsində paylaşaraq artıq burada olduğu barədə məlumat verib.
Qeyd edək ki, Leonid Aqutin bu gün saat 19.00-da Heydər Əliyev Sarayında çıxış edəcək.
Oxu.Az konsertdən olan görüntüləri də sizə təqdim edəcək. Saytımızı izləməkdə davam edin.

Aytən Sadıqzadə
www.oxu.az