Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazirliyin tanıdığı və statusunu dayandırdığı idman qurumları - SİYAHI
Məlum olduğu kimi, Azərbaycanda Gənclər və İdman Nazirliyinin Kollegiyası bir sıra mühüm qərarlar verib.
Oxu.Az-ın xəbərinə görə, ayda minimum bir dəfə iclas keçirən Kollegiya fevralın 25-də dörd federasiyanın akkreditasiyadan keçdiyini, üçünün federasiya statuslarının ləğv olunduğunu açıqlayıb. Martın 30-da isə altı federasiyanın akkreditasiyaları təsdiqlənib, 14-nün statusu ləğv olunub.
Lakin dünən nazirliyin saytında çıxan xəbərdən məlum olur ki, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 10 yox, 17-dir. Araşdırmamıza görə, Gimnastika Federasiyası, AFFA, Cüdo Federasiyası, Güləş Federasiyası, Badminton Federasiyası, Voleybol Federasiyası və Qılıncoynatma Federasiyasının akkreditasiyaları təsdiqlənsə də, onlar barədə xüsusi qərar çıxarılmağa ehtiyac duyulmayıb.
Federasiya statusları təsdiq olunmuş idman qurumları
1. Gimnastika Federasiyası
2. AFFA
3. Cüdo Federasiyası
4. Güləş Federasiyası
5. Badminton Federasiyası
6. Voleybol Federasiyası
7. Qılıncoynatma Federasiyası
8. Şahmat Federasiyası
9. Atıcılıq Federasiyası
10. Stolüstü Tennis Federasiyası
11. Triatlon Federasiyası
12. Üzgüçülük Federasiyası
13. Velosiped İdmanı Federasiyası
14. Atçılıq Federasiyası
15. Həndbol Federasiyası
16. Boks Federasiyası
17. Kanoe və Avarçəkmə Federasiyası
Nazirliyin saytının məlumatına görə, ümumilikdə, 19 federasiyanın isə statusu ləğv edilib və ya dayandırılıb. Lakin elan edilən qərarlara əsasən, siyahıda 17 federasiyanın adına rast gəlmək olur. Bəs statusu ləğv edilən və ya dayandırılan 2 federasiya hansıdır? Əldə etdiyimiz məlumata görə, bunlar qış idman növlərinə aid olan Bobsley Federasiyası və Fiqurlu Konkisürmə Federasiyasıdır.
Federasiya statusları ləğv olunmuş və ya dayandırılmış idman qurumları
1. Peyntbol Federasiyası
2. Otüstü Hokkey Federasiyası
3. Turan-Do Federasiyası
4. WKC növləri üzrə Karate Federasiyası
5. Şito-Ryu Karate-Do Federasiyası
6. Coriyo Kunq-Fu Federasiyası
7. Döyüş Federasiyaları Assosiasiyası
8. Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası
9. Skayranninq Federasiyası
10. Boulinq İdman Federasiyası
11. Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası
12. Aykido Federasiyası
13. Dama Federasiyası
14. Alpinizm Federasiyası
15. Hava və Ekstremal İdman Növləri Federasiyası
16. Səmti Müəyyənetmə İdman Federasiyası
17. Budo Döyüş Növləri Federasiyası
18. Bobsley Federasiyası
19. Fiqurlu Konkisürmə Federasiyası
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Kollegiya sədri nazir Fərid Qayıbovdur. Onun üç müavini – İndira Hacıyeva, Mariana Vasileva, Fərhad Hacıyev, eləcə də onun Naxçıvan Muxtar Respublikasındakı həmkarı Ramil Hacı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, nazirliyin Aparat rəhbəri Rüfət Həsənov, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti Nadir Əliyev və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov Kollegiyanın üzvləridir.
Onu da bildirək ki, qarşıdakı günlərdə digər federasiyalar barədə də oxşar qərarlar çıxarılacaq.
Səbuhi Musa
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Hakimləri təhqir edən Azərbaycan klubunun məşqçisinə AĞIR CƏZA
Rəylər