“Neftçi” PFK Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Komandamız “Arslan Zeki Demirci” İdman Kompleksinin meydanında Bolqarıstanın “Beroe” klubuna 4:0 hesabı ilə qalib gəlib.
Bu barədə Oxu.Az “Neftçi” PFK-nun rəsmi saytına istinadən xəbər verir.
Dario Frederiko dubla (10-cu və 30-cu dəqiqələr) imza atıb. Digər qolları Baqali Dabo (39-cu dəqiqə) və Vanqelis Platellas (58-ci dəqiqə) vurublar. 42-ci dəqiqədə Emin Mahmudov penaltidən istifadə edə bilməyib.
Qeyd edək ki, bundan əvvəlki sınaq matçlarında Rumıniyanın “Qaz Metan” (3:0) və Çexiyanın “Slovan Liberes” (1:2) klubları ilə qarşılaşmış “Neftçi” təlim-məşq toplanışını başa vurub.
Komandamız sabah Bakıya qayıdacaq.