Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Neftçi” Avroliqaya qələbə ilə başladı, “Qəbələ” və “Keşlə” uduzdu - YENİLƏNİB
Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Bakı klubu Macarıstanın "Uypeşt" komandası ilə görüşdə 3:1 hesabı ilə qalib gəlib.
21.56
Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər.
Oxu.az-ın məlumatına görə, Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edib. Gözlənilənlərin əksi olaraq, təmsilçimiz doğma azarkeşlər qarşısında 0:2 hesabı ilə məğlubiyyətə uğrayıb.
Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” isə Malta “Baltsam”ının qonağı olub. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.
“Neftçi” isə sözügedən turnirdə Bakıda Macarıstan “Uypeşt”ini qəbul edir. Hazırda ikinci hissə davam edir, hesab 1:1-dir.
Birinci təsnifat mərhələsinin cavab oyunları 1 həftə sonra baş tutacaq.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər