"Neftçi" Azərbaycan çempionatında yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, "Neftçi"nin Misli Premyer Liqasının X turunda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlməyi klub üçün əlamətdar olub.
Bu, "Neftçi"nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.
Paytaxt klubu yalnız iki dəfə - 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb.
Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.