Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Neftçi" Azərbaycan çempionatlarında yeni rekorda imza atıb
"Səbail"i məğlub edən "Neftçi" Azərbaycan çempionatlarında yeni rekorda imza atıb.
Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, "ağ-qaralar"ın Misli Premyer Liqasının XXXV turunda "Səbail"i üç cavabsız qolla məğlub etməsi sayəsində mümkün olub.
Komanda cari mövsüm elitada ilk böyükhesablı qalibiyyətini əldə edib.
Bakılılar sonuncu böyükhesablı qələbəni də ötən mövsümün XXXV turunda, mayın 18-də, elə "Səbail"lə görüşdə eyni hesabla qazanmışdılar. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub.
Bununla da "Neftçi" ölkə çempionatı tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb. Yalnız 2009/2010 və 2015/2016 mövsümlərində "ağ-qaralar" belə nəticəyə sevinə bilməyiblər. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə milli çempionat tarixində yeni rekord qeydə alınıb.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Emin Mahmudov mükafatlandırıldı
- "Neftçi"dən ayrılan futbolçu karyerasını "Buriram Yunayted"də davam etdirəcək
- "Neftçi" heyətini "Qarabağ"ın futbolçusu ilə gücləndirmək istəyir
- "Qarabağ" və "Neftçi"nin futbolçuları Ermənistan millisinə qarşı oynayıblar
- Doqquz futbolçusu ilə yollarını ayıran "Neftçi"də son vəziyyət