Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub
“Neftçi” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib. Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.
Matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb. Paytaxt təmsilçisi “600”ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı “Neftçi” rəqib meydanındakı qol sayında mütləq rekordçudur.
Qeyd edək ki, “ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Adil Hüseynov: "Ceyranbatan gölü ətrafında məşq etdiyimiz illəri xatırlayıram"
- "Neftçi"nin daha bir sabiq baş məşqçisi işsiz qaldı
- "Neftçi" 88 yaşını qeyd edir
- "Neftçi"nin sabiq qolkiperi səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib