Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Oxu.Az xəbər verir ki, açılış oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 25-ci dəqiqədə Breno Almeyda, 86-cı dəqiqədə Adeleke Akinyemi və 90+2-ci dəqiqədə Lyubomir Tupta vurublar.
Xallarını 15-ə çatdıran Bakı klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ev sahibləri isə 4 xalla 8-ci sıradadır.
Qeyd edək ki, bu qarşılaşma "Neftçi"nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olub.