“Neftçi” növbəti turdan etibarən ev oyunlarını yenidən AFFA-nın balansında olan “Bakcell Arena”da keçirəcək.
Bu barədə Oxu.Az-a klubdan məlumat veriblər.
Belə ki, artıq 8-ci km qəsəbəsində yerləşən stadionda AFFA tərəfindən əsaslı təmir işləri aparılıb, stadionun ot örtüyü yenilənib. Komanda Premyer Liqanın IV turunun sentyabrın 16-na planlaşdırılan “Keşlə” ilə matçını məhz bu stadionda keçirəcək.
Qeyd edək ki, ötən ilin sonlarınadək “Bakcell Arena” 140 futbol oyunu və 240 saatlıq məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlar olub.
Xatırladaq ki, “Neftçi” II turun “Qəbələ” ilə ev matçını Mərdəkanda yerləşən AFFA-ya məxsus digər stadion – “Dalğa Arena”da keçirmişdi.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər