“Neftçi” PFK daha bir transferi rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb.
29 yaşlı qolkiper komandasının heyətində otuz nömrəli formanı geyinəcək.
Bunadək “Bakı”, AZAL, “Qəbələ” klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə “Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan millisi və 21 yaşadək futbolçulardan ibarət yığma komandanın üzvü olub.
Qeyd edək ki, bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və həmyerlimiz Turan Vəlizadə ilə üç, seneqallı mərkəz müdafiəçisi Mamadu Mboc ilə 2,5 illik müqavilə bağlanmışdı.
Xatırladaq ki, bundan əvvəl üç yerli qapıçı qış fasiləsində transfer olunub. “Sumqayıt” Rəşad Əzizli və Aydın Bayramovu, “Qəbələ” isə Anar Nəzirovu rənglərinə bağlayıb.