Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Neftçi"dən Türkiyə klubuna 500 min dollarlıq təklif
"Neftçi" "Trabzonspor"un futbolçusu Murat Cem Akpınarı transfer etmək istəyir.
Oxu.Az Fotospor.com.tr-yə istinadla xəbər verir ki, "ağ-qaralar" yarımmüdafiəçi üçün Qaradəniz təmsilçisinə 500 min dollar təklif ediblər.
25 yaşlı futbolçu ilə Türkiyənin "Antalyaspor", "Sakaryaspor" və "Kocaelispor" klubları da maraqlanırlar.
Karyerası ərzində "Trabzonspor", "Giresunspor", "Sakaryaspor", "Kocaelispor"da çıxış edən futbolçu ümumilikdə 150 oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.
Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl Azərbaycanın U-17 yığmasında da forma geyinib.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- SOCAR-ın "Sosial qayğı proqramı" çərçivəsində Daun sindromlu uşaqlar üçün tədbir təşkil olunub
- Azərbaycan Premyer Liqasında XXXII tura yekun vuruldu
- Azərbaycan Premyer Liqasının növbəti turunun hakim təyinatları AÇIQLANDI
- Samir Abasov azarkeşlərdən üzr istədi
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
Ən çox oxunanlar