Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yellouston qeyzeri "oyandı": Palçıq axını və buxar sütunu qorxulu anlar yaşatdı
ABŞ-nin Yellouston Milli Parkında baş verən güclü hidrotermal partlayış turistlərə qorxulu anlar yaşadıb.
Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, hadisə parkın "Biscuit Basin" adlanan hissəsində baş verib.
Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. Kadrlarda qeyzerdən palçıq və daş axını püskürdüyü, buxar sütununun göyə yüksəldiyi və tezliklə ətrafı bürüdüyü görünür.
Ərazi qeyzerin partlayışından sonra müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.
İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Qeyd edək ki, Yellouston Milli Parkı ABŞ-nin Vayominq, Montana və Aydaho ştatlarının ərazisində yerləşir. Burada çoxsaylı qeyzer və digər geotermik obyektlər, həmçinin Şimali Amerikanın ən böyük vulkan sistemi - 630 min il əvvəl baş vermiş püskürmə nəticəsində yaranan Yellouston kalderası (vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur) yerləşir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar