Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Neftçi" doqquz il sonra ilkə imza atıb
"Neftçi" Azərbaycan Premyer Liqasında doqquz ildən sonra ilkə imza atıb.
Oxu.Az Peşəkar Futbol Liqasının məlumatına istinadla xəbər verir ki, Roman Qriqorçukun yetirmələri öncə "Turan Tovuz" (0:0), ardınca "Səbail"lə (1:1) oyunlarda heç-heçə edib. Eyni komandanın startdakı iki turda heç-heçə etməsi isə son doqquz mövsümdə ilk dəfə qeydə alınıb.
Sonuncu belə hadisə 2015/16 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda - "Sumqayıt" və "Kəpəz" - startda sülhləri sıralayıb.
Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb. "Neftçi" tarixində ilk dəfə mövsümə heç-heçələrlə başlayıb.
"Bakı" (2011/12, 2012/13) və "Kəpəz" (2010/11, 2015/16) hərəyə iki dəfə belə starta imza atıb. Bakı "İnşaatçı"sı 1993/94, "Turan" 1996/97, AZAL 2008/09, "Simurq" 2012/13, "Xəzər Lənkəran" 2013/14, "Sumqayıt" 2015/16 mövsümündə sülhsevərlik göstərib.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqasının növbəti turunun hakim təyinatları AÇIQLANDI
- Samir Abasov azarkeşlərdən üzr istədi
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı