"Qarabağ"ın kolumbiyalı müdafiəçisi Kevin Medina komandanın heyətində özünün 200-cü matçına çıxıb.
Oxu.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun bu əlamətdar yubileyi Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan və "Neftçi"nin 5:1 hesablı məğlubiyyəti ilə yekunlaşan qarşılaşmada reallaşıb.
Təcrübəli oyunçu meydana çıxdığı bu 200 görüş ərzində rəqib qapılarından 6 top keçirməyi bacarıb.
Bu, Medinanın çempionat çərçivəsində 117-ci (3 qol) sınağıdır. Müdafiəçi eyni zamanda avrokuboklarda 69 (3 qol), Azərbaycan kubokunda isə 14 matçda iştirak edib.
Məlumat üçün bildirək ki, cənubi amerikalı legioner 2020-ci ilin yay aylarından etibarən Ağdam təmsilçisinin şərəfini qoruyur.