"Neftçi" klubunun təcrübəli futbolçusu Ataa Caber Fələstin millisinə dəvət olunub.
Oxu.Az xəbər verir ki, "Neftçi"nin futbolçusu Ataa Caber Fələstin milli komandasının düşərgəsinə çağırılıb. 29 yaşlı yarımmüdafiəçi iyunun 6-da Livan, 11-də isə Avstraliya millisi ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara dəvət alıb.
Caber yeddi matçda Fələstin milli komandasının formasını geyinib.
Qeyd edək ki, daha öncə Alfa Konte də Syerra Leone millisinə dəvət alıb.
11:56
"Neftçi"nin futbolçusu Syerra Leone millisinə dəvət olunub.
Oxu.Az "Neftçi" klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Alfa Konte Syerra Leone milli yığmasına dəvət olunub. 23 yaşlı futbolçu iyunun 5-də Cibuti, 10-da isə Burkina-Faso yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.
Qeyd edək ki, Konte Syerra Leone milli komandasının heyətində iki oyunda meydana çıxıb.