Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Neftçi"nin sabiq baş məşqçisi Türkiyə klubu ilə danışıqlara başladı
Hazırda Rumıniya Superliqası təmsilçilərindən "Petrolul Ploiesti"ni çalışdıran, "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu yaxın zamanda Türkiyə klubu ilə razılaşa bilər.
Oxu.Az xəbər verir ki, Türkiyə Superliqa komandalarından "Kayserispor" rumıniyalı mütəxəssis Adrian Mutu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, o, 2023-cü ilin iyul-dekabr aylarında "Neftçi"ni çalışdırıb.
Daha sonra vətəninə qayıdan mütəxəssis burada "Kluj"a rəhbərlik edib.
"Adrian Mutu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər