Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şənlik zamanı faciə: Filadelfiyada avtomobil azarkeşlərin üzərinə sürüldü
Filadelfiyada faciəvi hadisə baş verib. Belə ki, "Philadelphia Eagles" futbol komandasının qələbəsinə sevinən azarkeşlərin üzərinə avtomobil sürülüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "NBC News" məlumat yayıb.
"Hadisə azarkeşlər "Eagles"in "Washington Commanders" üzərində qələbəsini və Superkuboka çıxmasını qeyd edərkən baş verib", - deyə məlumatda bildirilir.
Şahidlər hadisə yerini videoya çəkiblər. Görüntülərdə qəza yerinə xilasetmə xidmətlərinin avtomobillərinin gəldiyi görünür.
Qəza nəticəsində yaralananların olduğu bildirilir, ancaq zərərçəkənlərin dəqiq sayı açıqlanmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin bütün təfərrüatlarını araşdırır. Onlar avtomobilin təsadüfən insanların üzərinə sürüldüyünü ehtimal edirlər.
Polis qadın sürücünün saxlanıldığını bildirib.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib: Xilasedici köməyinə ehtiyac yaranıb
- Qaydaları heçə sayaraq sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR
- Sürücülərin qaydalara məhəl qoymadığı "Qobu Park-3" dairəsi: Kimdir günahkar?