"Neftçi" PFK-nın yeni transferi Vensan Abubakar "Liv Bona Dea Hospital"da ümumi müayinədən keçib. Kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və Qulaq, burun, boğaz (LOR) yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin ultrasəs müayinəsi (USM), maqnit rezonans tomoqrafiya (MRT), elektrokardioqramma (EKQ), exo-kardioqrafiya (EXO), stres və digər testlər edilib".
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qeyd edilib ki, futbolçunun sağlamlığında heç bir problem aşkarlanmayıb.