"Neftçi" klubu üç futbolçu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə başa çatan müqavilələri yeniləməyib.
Klub hər üç oyunçuya göstərdikləri xidmətə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
2025-ci ilin oktyabrında "Neftçi"yə transfer olunan Vensan Abubakar komandanın heyətində 18 rəsmi matçda meydana çıxıb və 9 qol vurub. Təcrübəli hücumçu Premyer Liqada keçirdiyi 16 oyunda 7 dəfə fərqlənərək 2025/26 mövsümünün ən məhsuldar futbolçularından biri olub.
2024-cü ilin yayında komandaya qoşulan Edvin Kuç "ağ-qaralar"ın heyətində 44 rəsmi oyunda iştirak edib və 1 qol vurub.
Kristian Kostin isə 2025-ci ilin yayından etibarən "Neftçi"nin heyətində 7 rəsmi matçda forma geyinib.
Vensan Abubakar "Neftçi" futbol klubu ilə yollarını rəsmən ayırıb.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, tərəflər arasında başa çatan müqavilənin müddəti yenidən uzadılmayıb və futbolçu komandanı tərk edib.
Bildirək ki, ötən mövsümdən etibarən "Neftçi"nin formasını geyinən Abubakarın müqaviləsində mövcud olan 1 illik uzatma bəndi aktivləşdirilməyib.
Xatırladaq ki, Vensan Abubakar cari mövsüm ərzində "Neftçi"nin heyətində 18 rəsmi qarşılaşmada yaşıl meydana çıxıb, rəqib qapılarından 9 top keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.