Bakının “Neftçi” futbol klubu Avropa Liqasının II təsnifat mərhələsinin oyunları çərçivəsində Sloveniyanın “Koper” komandasını 2-0 udaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, “Flaqman” ilk oyunda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin təsadüf olduğunu sübut etdi.
Rəqibindən bütün 90 dəqiqə ərzində üstün oyun nümayiş etdirən “Neftçi”, 19-cu dəqiqədə Seyidovun və 84-cü dəqiqədə Kardozonun vurduğu qollarla növbəti mərhələyə vəsiqəni təmin edib.
Bu mərhələdə isə “Neftçi” nin rəqibi Gürcüstanın “Çixura” olacaq.
Seymur Baxşev
www.oxu.az