Futbolçu Rauf Əliyev “Neftçi”nin rəhbərliyinə onunla müqaviləni ləğv etmək xahişi ilə müraciət edib.
Oxu.Az xəbər verir ki, klub futbolçunun xahişini yerinə yetirib və ona azad agent statusu verib.
Beləliklə, Azərbaycan yığmasının oyunçusu Rauf Əliyev artıq “Neftçi”nin futbolçusu deyil.
Xatırladaq ki, Rauf Əliyev Azərbaycan futbolunun flaqmanının sıralarına bu ilin yanvarında “Xəzər-Lənkəran”dan gəlib.
F.H.
www.oxu.az