Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Neftçi" Roman Qriqorçukla yollarını rəsmən ayırdı
"Neftçi" Roman Qriqorçukla yollarını rəsmən ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Neftçi" PFK və baş məşqçi Roman Qriqorçuk arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis cari mövsümün əvvəli paytaxt təmsilçisinin "sükanı arxasına" keçmişdi. O, Azərbaycan Premyer Liqasının arxada qalan 9 turu ərzində "Neftçi"nin baş məşqçisi kimi beş dəfə heç-heçəyə imza atıb, dörd görüşdə məğlub olub.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- "Neftçi" heyətini "Sabah"ın kapitanı ilə gücləndirdi
- "Neftçi"ni çempion edən hücumçu karyerasını Yaponiyada davam etdirəcək
- "Neftçi"nin sabiq futbolçusu milli komandanın direktoru vəzifəsinə təyin edilib
- Azərbaycan Premyer Liqası: "Səbail" səfərdə "Sumqayıt"a qalib gəldi
- "Neftçi" yeni məşqçi ilə razılaşdı
Rəylər