“Neftçi” Azərbaycan kubokunda yubiley məğlubiyyətini alıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, 1/4 final mərhələsinin “Zirə” ilə cavab qarşılaşmasındakı 1:2 hesablı məğlubiyyət, “Neftçi” klubunun tarixində 30-cu uğursuzluğu olub.
1992-ci ildə debüt etdiyi turnirdə 148 matç keçirən paytaxt təmsilçisi hamıdan çox – 86 qələbə qazanıb, ən çox da – 32 dəfə heç-heçə edib.
Bakılılar bu qarşılaşmalarda 244 qol vurub, qapısından 94 top buraxıb.
A.M.