“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisinə qoşulmayacaq.
29 yaşlı yarımmüdafiəçi Malayziyada təşkil olunan “Merdeka” turnirində iştirak üçün komandaya dəvət alsa da, sonradan Fələstin yarışda iştirakdan imtina edib.
Buna səbəb sözügedən ölkədə yaranan gərginlikdir. Müharibə şəraiti ilə əlaqədar Fələstin yığması Malayziyaya səfər edə bilməyib. Məlumatı Malayziya Futbol Federasiyasının saytı yayıb.
15:12
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.
Paytaxt təmsilçisindən verilən məlumata görə, 29 yaşlı futbolçu yığmanın iştirakı ilə oktyabrın 9-dan 18-dək Malayziyada keçiriləcək “Merdeka” turnirinə qatılıb.
Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 4 oyunda meydana çıxıb.