"Transfermarkt" portalının yaydığı məlumatda "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin "Liverpul"a keçəcəyi bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev xəbərin əsassız olduğunu bildirib.

"Bu, əsassız iddiadır. Nərimanın "Liverpul"a keçidi ilə bağlı yayılan məlumat yanlışdır", - deyə A.Hacıyev bildirib.
Qeyd edək ki, "Qarabağ" 2026-cı ilin yanvar ayının 28-də səfərdə "Liverpul" klubunun qonağı olacaq.
Anar Həsənov
"Qarabağ"ın 21 yaşlı hücumçusu Nəriman Axundzadə "Liverpul"a keçə bilər.
Oxu.Az bu barədə "Transfermarkt"a istinadən xəbər verir.
Axundzadə bu mövsüm Çempionlar Liqasında altı oyuna çıxıb, iki qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə nəhəngi qitənin ən mötəbər klub turnirinin əsas mərhələsində "Qarabağ"ın səkkiz rəqibindən biridir.
"Liverpul" klubunun rəsmiləri Nərimanın "Liverpul"a keçib-keçməyəcəyinə "Enfild"də baş tutacaq oyundan sonra qərar verəcəklər.