Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800-ə, yaralıların sayı isə 2 500-ə çatıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid mətbuat konfransında bildirib.
"Hazırda yerli hakimiyyət orqanları və əyalət sakinləri zərərçəkənlərin xilas edilməsi ilə məşğuldur. Mərkəzdən və qonşu əyalətlərdən olan xilasetmə qrupları da zəlzələdən zərər çəkmiş ərazilərə yollanır", - deyə Z.Mücahid vurğulayıb.
Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticəsində 622 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Son məlumata görə, hazırda 1 500-dən çox insanın yaralandığı qeyd edilir.
Əfqanıstanın şərqində, Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.
Yerli hökumət qurumları yaralıların sayının min nəfəri keçdiyi açıqlayıb.
Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş altı bal gücündə zəlzələ azı 250 nəfərin həyatına son qoyub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.
Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində yerləşib.
Əfqanıstanın şimal-şərqində baş verən 6 maqnitudalı zəlzələ nəticəsində ən azı doqquz nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "BNO News" məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, seysmik hadisə yerli vaxtla saat 23:47-də (Bakı vaxtı ilə 23:17 - red.) Hindiquş bölgəsində qeydə alınıb, təbii fəlakətin ocağı təxminən 10 km dərinlikdə yerləşib. Episentr təxminən 280 000 nəfərin yaşadığı Cəlalabad şəhərindən 42 km məsafədə, dağlıq ərazidə yerləşib.
Əyalətin səhiyyə məsələləri üzrə "Taliban" hökumətinin nümayəndəsinin sözlərinə görə, Nanqarhar və Kunarda doqquz ölüm hadisəsi qeydə alınıb, daha 25 nəfər yaralanıb, xilasetmə əməliyyatları davam edir.
Zəlzələnin təsirləri geniş ərazidə, o cümlədən Hindistanın Nyu-Delhi şəhərində hiss edilib.