Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin "Erzurumspor" klubu ilə prinsipial razılıq əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb.
Məlumata görə, azərbaycanlı futbolçu yaxın günlərdə Ərzurum şəhərinə yollanacaq və tibbi müayinədən keçəcək.
Bildirilib ki, tibbi baxışın nəticələri müsbət olacağı təqdirdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard Super Liqada mübarizə aparacaq "Erzurumspor"la danışıqları uğurla yekunlaşdırıb.
O, ABŞ təmsilçisindən birillik icarəyə götürülüb. Nəriman ən qısa zamanda okeanın o tayından Türkiyəyə gələcək və məşqlərə qoşulacaq.
Qeyd edək ki, "Erzurumspor" I Liqanın son çempionudur və beşillik fasilədən sonra yenidən Superliqada çıxış etmək hüququ qazanıb.