Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni komandası "Kolambus Kryu" MLS-də yeni mövsümə məğlubiyyətlə başlayıb.
Oxu.Az xəbər verir ki, Ohayo təmsilçisi müntəzəm mövsümün ilk turunda səfərdə "Portlend Timbers"in qonağı olub.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
* Səfirlikdən Nəriman Axundzadəninin ABŞ klubuna keçidi ilə bağlı PAYLAŞIM
* Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu
Qeyd edək ki, N.Axundzadə ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. O, "Kolambus Kryu" ilə 2029-cu ilədək müqavilə imzalayıb.