"Santos"un hücumçusu Neymar bu ilin sonunda başa çatacaq olan müqaviləsi bitdikdən sonrakı gələcəyi haqqında danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində paylaşım edib.
"Mənim prioritetim həmişə "Santos"dur", - deyə Neymar bildirib.
Xatırladaq ki, braziliyalı hücumçu cari mövsümdə "Santos"un heyətində bütün turnirlər daxil olmaqla 29 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.