"Santos"un hücumçusu Neymar "İnter" və "Napoli"nin maraq dairəsinə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, braziliyalı özü də A Seriyasına keçməyə hazırdır.
33 yaşlı futbolçunun hazırkı klubu ilə müqaviləsi dekabrın 31-də başa çatdıqdan sonra o, qışda Avropaya qayıtmağı düşünür. Neymar Braziliya yığmasının baş məşqçisi Karlo Ançelottini diqqətini çəkməyə və DÇ-2026-dan əvvəl milli komandaya qayıtmağa ümid edir.
Qeyd olunur ki, futbolçuya artıq ötən yay "Milan"a keçid təklif edilib.