Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Neymar peşəkar karyerasının ən yaxşı mərhələsini açıqladı: "Amma bu, kədərli idi"
Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol komandasının braziliyalı hücumçusu Neymar peşəkar karyerasının ən yaxşı mərhələsindən danışıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RMC Sport" nəşri məlumat verib.
"Mənim idman sahəsində ən yaxşı illərim PSJ-də olub. Amma bu, kədərli idi, çünki tez-tez olduqca ciddi zədələr alırdım və zədə üç-dörd ay davam edirdi. Bu, məni çox narahat edirdi. Amma futbol nöqteyi-nəzərindən PSJ-dən olan Neymar mənim bütün karyeram ərzində ən yaxşı Neymar idi. Mən xoşbəxtəm ki, futbolumu fransızlara təklif edə bildim", - deyə Neymar bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"ın oyunçusu olub. Onun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, forvardın transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. Futbolçu daha əvvəllər PSJ, "Barselona" və Braziliyanın "Santos" klublarında çıxış edib.
"PSJ" teqi üzrə xəbərlər
- Fransa Liqası: PSJ "Lion"u məğlub etdi
- Zlatan İbrahimoviç ən nifrət etdiyi futbolçunun adı açıqlanıb
- "Atalanta" ilə görüşdə fərqlənən Kilian Mbappe adını Çempionlar Liqasının tarixinə yazdırıb
- ÇL: PSJ-dən qələbə, "Bavariya"dan darmadağın, "İnter" son dəqiqə qolu ilə uduzdu
- Lionel Messi 18 il sonra rəmzi komandaya düşməyib
Rəylər